Exchange kalkulyatoru
© 2024 ASB Bank
07.05.2019

Super Extra Kartı Whatsapp üzərindən sifariş edin!

Müştərilərin rahatlığını təmin etmək məqsədi ilə ASB, Super Extra kredit kartının sifarişini sadələşdirdi! Artıq hər kəs rahatlıqla bu kartı (050) 6 137 137 Whatsapp xidməti üzərindən sifariş edə bilər. Qeyd edək ki, bankın xüsusi anketləri Bazarstore mağazalar şəbəkəsinin kassalarında yerləşdirilmişdir. Müştəri anketi əldə edib doldurmalı, sonra isə mobil telefonla anketin şəklini, eləcə də şəxsiyyət vəsiqəsinin şəklini çəkib Whatsapp xidməti üzərindən  banka göndərməlidir. Banka daxil edilmiş ərizəçinin anketi ən qısa zamanda təhlil ediləcək və daha sonra müştəri kartı almaq üçün banka dəvət ediləcəkdir. 

Super Extra kart, ölkə daxilində, xaricdə, eləcə də internet üzərindən alış-veriş imkanı verən kredit kartıdır. Bu kart ilə Bazarstore mağazalar şəbəkəsində alış-veriş edib, xərclənən vəsaiti faizsiz 3 taksitlə ödəmək mümkündür. Yalnız Bazarstore mağazalarında edilən 20 AZN-dən yuxarı hər alış-verişdə müştəri 4% bonus qazanır.

Qeyd edək ki, Super Extra Kart zaminsiz verilir. Müştəridən yalnız iş yerindən arayış və şəxsiyyət vəsiqəsi tələb olunur. 

()
Saat
: Dəqiqə
Tarix