Azərbaycanda nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi yönündə öz stabil və davamlı fəaliyyəti ilə seçilən Bankımız, bu istiqamətdə daha bir mükafatla təltif edilmişdir.
Belə ki, banklar arasında maliyyə vasitəçiliyində innovasiyaların tətbiqinin genişləndirilməsi, elektron bankçılıq xidmətlərinin inkişaf etdirilməsi, nağdsız ödəniş alətlərindən istifadənin artırılması məqsədi ilə Azərbaycan Mərkəzi Bankının təşəbbüsü və Azərbaycan Banklar Assosasiyasının təşkilati dəstəyi ilə nağdsız ödənişlərə dair nominasiyalardan ibarət müsabiqə keçirilmişdir.
2016-cı ildə bankomat və POS-terminal şəbəkəsi, həmçinin elektron ticarət vasitəsilə aparılan nağdsız əməliyyatların sayına görə Azərbaycan Sənaye Bankı “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə banklar arasında ilk beşliyə daxil olmuşdur.
Əldə edilmiş uğurlara və bu istiqamətdə aparılan islahatlarda aktiv iştiraka görə banka təşəkkürnamə təqdim edilmişdir.