Bank əməkdaşlarının asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 8-29 aprel tarixlərində əməkdaşlar arasında bankdaxili Şahmat Turniri keçirilmişdir. Turnir bankın Marketinq və İstehlakçıların Hüquqlarının Müdafiəsi departamenti tərəfindən təşkil olunmuşdur.
Şahmat Turniri 13 turda keçirildi. 4 həftə ərzində davam edən gərgin mübarizənin qalibi bankın İdarə Heyətinin sədri Doğan Tandoğan oldu. 2-ci yerin qalibi Dərnəgül filialının müdiri Rəhim Muradov, 3-cü yerin qalibi isə Audit departamentinin müdiri Ramil Güləhmədov oldu. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırıldılar. Digər iştirakçılardan – Şirxan Adığözəlov, Amal Əliyev, Könül Rəsulova və Uğur Mahmudov aktiv iştiraklarına görə təşəkkürnamə ilə təltif olundular.