Hörmətli Müştərilər, bank hesablarınızı və ödəmələrinizin təhlükəsiziliyini təmin etmək məqsədi ilə kart məlumatlarınızı digər şəxslər ilə qətiyyən bölüşməməyinizi, 3D secure olan nöqtələrdə əməliyyatlara üstünlük vermənizi tövsiyə edirik. Sadalanan təhlükəsizlik qaydalarını riayət edilmədikdə, fırıldaqçılıq halları baş verir ki, bu zaman ödəniş kartının rekvizitlərini, habelə ancaq kart sahibinə məlum olan birdəfəlik şifrəni (OTP – one time password) əldə etdikdən sonra internet şəbəkəsi və ya mobil həllər vasitəsilə ödəniş əməliyyatlarını həyata keçirərək kart sahibinin vəsaitlərini səlahiyyətsiz formada mənimsəyirlər. Bu kimi halların baş verməməsi üçün, kart məlumatlarının təhlükəsizliyini yuxarıda sadalanan qaydalara riayət etməklə təmin edə bilərsiniz.