Öz işini müasir tələblərə və müştəri məmnuniyyətinə uyğun qurmaq yolunda son dövrlərdə iri addımlar atan Azərbaycan Sənaye Bankı tam yenilənmiş korporativ saytını istifadəyə verdi.
Yenilənmiş sayt müasir dizayna malik olmaqla bərabər, istifadə rahatlığı ilə də seçilir. Sayt hazırlanan zaman istifadəçinin bu sahədə gündəlik tələbatı, apardığı bank əməliyyatları nəzərə alınmışdır.
Həm fərdi, həm də korporativ müştərilərin rahatlığını təmin etmək üçün sayt iki fərqli hissəyə ayrılmışdır. Bunu sayta daxil olan kimi görmək olur. Belə ki, fərdi müştərilər saytın "Həyatımız" bölməsinə, korporativ müştərilər isə "İşimiz" bölməsinə keçməklə özlərinə lazım olan məlumatları tapa bilərlər. Hər bir bölmə müvafiq müştəri qrupuna uyğun hazırlanılmışdır.
Müştərilər özlərinə lazım olan bölmədən məhsul və xidmətlər haqqında istədikləri məlumatı rahatlıqla əldə edə biləcəklər. Həm fərdi, həm də korporativ müştərilər üçün bankın yeni təqdim olunmuş "online bankçılq" xidmətinin də üstünlüklərindən yararlanmaq imkanı yaradılıb.
Kredit və ya plastik kart əldə etmək istəyənlər üçün "online sifariş", "online məlumatlandırılma" xidmətləri tətbiq olunub. Kredit kart istifadəçiləri isə SMS xəbərdarlıq, kommunal ödənişlərlərin qəbulu və kartlar üzrə digər xidmətlərdən yararlana bilərlər.
Bütün bunlardan başqa depozit və kredit kalkulyatoru, filial və bankomat şəbəkəsinin yerləşməsini göstərən xəritə və digər xidmətlər də istifadəçilərin ixtiyarındadır.
Saytda istifadəçilər üçün xüsusi rahatlıq təmin edən “Mənə zəng et!” xidməti də təqdim olunur.
Bankın fəaliyyəti, yenilikləri, inkişaf strategiyası, maliyyə göstəriciləri və banka dair digər məlumatlar ayrıca bölmə şəklində təqdim olunub.
Saytın rahat daxili axtarış sistemi istifadəçilərə onları maraqlandıran məlumatları qısa müddətdə əldə etmək imkanı verir.
Buna əmin olmaq üçün http://www.asb.az ünvanına daxil olmaq yetərlidir. Onu da qeyd edək ki, saytın mobil versiyasından da rahatlıqla yararlana bilərsiniz.