Exchange kalkulyatoru
© 2024 ASB Bank
Hesablaşma/kassa xidməti
ASB ASC Azərbaycan Respublikasının həm rezident və həm də qeyri-rezidentləri olan fiziki şəxslərə manatla və valyuta ilə hesablaşma-kassa xidməti göstərir və Azərbaycanın maliyyə bazarında mövcud olan bank xidmətlərinin tam kompleksini təqdim edir. Öz hesabları üzrə fəal əməliyyatlar aparan daimi müştərilər üçün ASB güzəştlər edir. Müştərilərə mövcud tariflər üzrə hesablaşma-kassa xidməti haqqında müqavilə əsasında xidmətlər göstərilir.Bankın çoxlu müxbir əlaqələri vardır və bu da müştəri ödənişlərini tez və keyfiyyətlə həyata keçirməyə imkan verir.
  • Qısa müddətə hesablaşma və cari hesablar aça bilərlər;
  • Bank əməliyyatlarının aparılması qaydası haqqında məsləhət ala bilərlər;
  • Azərbaycan üzrə və xarici ölkələrə pul vəsaitini köçürə bilərlər;
  • Hesaba pul köçürmələrini ala bilərlər;
  • Dövriyyə əməliyyatlarını həyata keçirə bilərlər;
  • Vəsaitin avtomatik olaraq dövriyyəyə buraxılmasını Banka həvalə edə bilərlər;
  • Hesabda müəyyən vəsait qalığının saxlanmasını Banka həvalə edə bilərlər;
  • Nağd pulu hesaba köçürə, hesabdan nağd pulu ala bilərlər;
  • Nağd pulun çatdırılması üzrə sifarişləri həyata keçirə bilərlər.
Nağd valyutanın Bankın müştərilərinə verilməsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. ASB maliyyə fəaliyyətinin istiqamətinin koordinasiyasına yardım edir, eyni zamanda müştərinin bütün potensial imkanlarını həyata keçirir.
  • Pul köçürmələrinin göndərilməsi üzrə sənədlərin rəsmiləşdirilməsi zamanı məsləhət;
  • Müştərinin xahişi ilə hesabın kreditləşdirilməsi haqqında təsdiqedici sənədin benefisiara təqdim edilməsi.
  • Müştərinin tapşırığı ilə onun hesabından pulun benefisiarın bankına köçürülməsi;
  • Müştərinin hesabı üzrə bütün əməliyyatlar haqqında çıxarışın müştəriyə və ya onun etibar etdiyi şəxsə təqdim edilməsi. Bu məlumat müştəriyə kağız daşıyıcısında verilir.
  • Hesablaşmalar, hesablaşma əməliyyatlarının aparılmasına aid sənəd dövriyyəsi qaydaları haqqında qanunvericilik məsələlərinə dair müştəriyə məsləhət verilməsi
()
Saat
: Dəqiqə
Tarix