Exchange kalkulyatoru
© 2023 ASB Bank
17.01.2024

ASB ilə Bazarstore arasında Faktorinq layihəsi çərçivəsində görüş keçirilib.

27 dekabr 2023-cü il tarixində “Azərbaycan Sənaye Bankı” ASC ilə “Bazarstore” MMC arasında Faktorinq layihəsi çərçivəsində görüş baş tutmuşdur. Görüş zamanı “Azərbaycan Sənaye Bankı” ASC-nin Satış və Marketinq üzrə Baş İnzibatçısı Anar Məmmədov və Baş Texnologiya İnzibatçısı İlker Hepçorman başa çatan 2023-cü il ərzində “Bazarstore” MMC-nin bu layihədə fəal və uğurlu iştirakını qeyd edərək Bank rəhbərliyi adından şirkət rəhbərliyinə təşəkkür edib və gələcək dövr üçün uğurlar arzulayıb. “Bazarstore” MMC-nin direktoru Burhan Sevahil də öz növbəsində uğurlu və operativ əməkdaşlıq üçün ASB ailəsinə təşəkkürünü bildirmiş və eyni zamanda əməkdaşlığın gələcək potensial inkişafı qarşılıqlı müzakirə edilmişdir. Görüş zamanı ASB-nin nümayəndələri “Bazarstore” MMC-yə “Faktorinq layihəsi üzrə uğurlu əməkdaşlığa görə” mükafatını təqdim edib. Görüşün sonunda tərəflər qarşıdan gələn Yeni İldə bir-birilərinə uğurlar arzu edərək xatirə şəkli çəkdirib.

()
Saat
: Dəqiqə
Tarix