ASB-nin dəstəyi ilə Özünüməşğulluq Proqramı çərçivəsində Biləsuvar rayonunda məskunlaşmış Cəbrayıllı məcburi köçkün Elnarə Məmmədovaya şəxsi biznesini yaratması məqsədi ilə lazım olan avadanlıqlar təqdim olunub.
Qeyd edək ki, Özünüməşğulluq Proqramı maddi cəhətdən həssas əhali qrupuna daxil olan şəxslərin maddi rifahlarının yaxşılaşdırılması məqsədi ilə 11 mart 2020-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında imzalanmış memoranduma uyğun olaraq banklar tərəfindən özünüməşğulluğun təşkilinə dəstək üçün hazırlanmış xüsusi proqramdır. Bu proqramda aktiv iştirak edən ASB sosial əhəmiyyət kəsb edən layihələrdə yer almağa davam edir.