Qarantiya öhdəliyinə əsasən bank-qarantor müştərisinin (prinsipalın) müraciəti ilə benefisiara qarantiyanın şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdiyi halda həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.
Qarantiya növləri:
Qarantiyanın məqsədi hər hansı bir tərəfin (satıcı yaxud alıcı) tender və ya müqavilə üzrə öhdəliklərin icra olunmasını təmin etməkdir. Qarantiyanın təyinatından asılı olaraq qarantiyanın müvafiq növü istifadə olunur.
Qarantiyalar yerli və xarici kommersiya fəaliyyətində, sənaye və tikinti sektorlarında geniş tətbiq edilir.
ASB sənədli akkreditivlər vasitəsilə sizə beynəlxalq ticarətdə yaranan risklərin minimuma endirilməsini təklif edir. Sənədli akkreditiv çevik ödəniş üsulu olmaqla yanaşı, həm də kredit aləti kimi istifadə oluna bilər (qısa-müddətli maliyyələşdirmə üçün).
Sənədli akkreditivlərdə iştirakçılar arasında münasibətlər mal/xidmət yaxud müqavilə üzərində deyil, akkreditivdə tələb olunan sənədlər əsasında qurulur, baxmayaraq ki, bu sənədlər həmin müqaviləyə aiddir (UCP 600, bənd 5).
Sənədli akkreditivin açılması üçün təlimatlar tam və dəqiq şəkildə banka təqdim olunmalıdır.
Yalnız sənədlərin akkreditiv şərtlərinə uyğun banka təqdim olunması ixracatçıya ödənişi maneəsiz almağı təmin edir.
Təsdiq edilməmiş akkreditivdə bank-emitent (alıcının bankı) alıcının adından açdığı akkreditiv şərtlərinə uyğun sənədlərin düzgün təqdim edildiyi təqdirdə satıcının qarşısında geri çağırılmaz ödəniş öhdəliyini öz üzərinə götürür. Təsdiq edilməmiş akkreditiv forması təsdiq edilmiş akkreditiv formasından xərc baxımından daha qənaətlidir.
Təsdiq edilmiş akkreditivdə bank-emitentlə yanaşı təsdiqedici bank da ixracatçı qarşısında akkreditiv şərtlərinə uyğun ödəniş etməyi öz üzərinə götürür. Bu öhdəlik bank-emitentin öhdəliyindən müstəqildir. Beləliklə, həm təsdiqedici bank, həm də bank-emitent ixracatçı qarşısında ayrı-ayrılıqda öhdəlik daşıyır.
Bu akkreditiv forması ixracatçıya ödənişin optimal təhlükəsizliyini təklif edir, çünki ödəniş riskini maksimal dərəcədə məhdudlaşdırır və eyni zamanda bank-emitentin ölkə riskini aradan qaldırır. Məhz buna görə təsdiq edilmiş akkreditiv təsdiq edilməmiş akkreditiv formasından daha bahalıdır, çünki təsdiqedici bank ödənişin icrasını təmin edərək öz üzərinə götürdüyü riskə görə əlavə komissiya haqqı alır.
Belə ki, ixracatçı müəyyən risklərə gedir, ödənişi almazdan öncə malları istehsal edir, malları yükləyir və ya digər xidmətləri göstərir. Buna görə, sənədli inkasso, ancaq aşağıdakı şərtlər mövcud olduğunda məsləhət görülür: