Exchange kalkulyatoru
21.12.2017

ASB.AZ – Azərbaycanın ən yaxşı korportiv saytı seçilmişdir

MilliNET Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır və artıq 9 ildir ki, ictimaiyyətə təqdim edilir. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet resurslarına və layihələrinə müsabiqə üsulu ilə təqdim edilir. 

 ASB bu il “Korporativ sayt” nominasiyası üzrə namizədliyini irəli sürmüşdür.   12 peşəkar münsif tərəfindən dizayn, funksionallıq və məzmun olaraq dəyərləndirilən www.asb.az saytı birinci yerə layiq görülmüş, “Ən yaxşı Korporativ sayt” nominasiyasının qalibi olmuşdur. 20 dekabr tarixində ölkənin İnternet və İKT ictimaiyyəti , dövlət və özəl sektor, vətəndaş cəmiyyətinin çoxsaylı nümayəndələrinin iştirakıyla Bulvar Oteldə keçirilmiş təntənəli təqdimat mərasimində bank təşkilatçılar tərəfindən kubok, diplom və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.

 Xatırladaq ki, bu 2017-ci il ərzində bankın Dijital Marketinq sahəsində qazandığı ikinci mükafatıdır. Belə ki, Aprel 2017 tarixində də kart sahiblərinin sosial şəbəkələr vasitəsilə maarifləndirilməsi və məhsullar haqqında ən yaxşı təbliğat işlərinin həyata keçirilməsiylə əlaqədar Bank VISA beynəlxalq ödəniş sistemi tərəfindən təltif edilmişdi. 

 

()
Saat
: Dəqiqə
Tarix