Exchange kalkulyatoru
© 2023 ASB Bank
17.01.2024

“Azərbaycan Sənaye Bankı” ASC-nin təqaüdə ayrılan əməkdaşları Təşəkkürnamə ilə təltif edilib

Uzun illər boyunca zəhmətkeşliyi və fəaliyyətləri ilə kollektiv tərəfindən öz hörmətini qazanmış ASB əməkdaşları çalışmanın son yaş həddi ilə əlaqədar təqaüdə ayrılmışdır.

Belə ki, Korporativ İşlər Departamentinin Hüquq və Problemli Kreditlərin Təqibi Şöbəsinin Aparıcı mütəxəssisi Azər Qəmbər oğlu Qəmbərov, Sumqayıt Filialının Əməliyyat Bölməsinin Aparıcı əməliyyatçı-xəzinədarı Telman Qənimət oğlu Rüstəmov və Xəzinədarlıq Departamentinin Nağd Pul və İnkassasiya Şöbəsinin Xəzinədar – inkassatoru Fərhad Maqeylam oğlu Əliyev təqaüdə ayrılıb. Əməkdaşlarımız adına xüsusi tədbir təşkil olunmuşdur.

Tədbirdə İdarə Heyətinin Sədri Kənan Orucov Azərbaycan Sənaye Bankı” ASC-də çalışdığı müddət ərzində göstərmiş olduğu əzmkarlıq və şərəfli əmək fəaliyyətinə görə əməkdaşlarımıza rəhbərlik və kollektiv adından sağlıq və xoş günlər arzulayıb, təşəkkürnamə təqdim edib.

Əməkdaşlarımız da bu kimi tədbirlərin əməkdaşlar üçün dəyərli olduğunu vurğulayaraq öz növbələrində rəhbərliyə və kollektivə təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda təqaüdə ayrılan əməkdaşlarla xatirə şəkilləri çəkilmişdir.

()
Saat
: Dəqiqə
Tarix