Exchange kalkulyatoru
© 2026 ASB Bank
09.04.2026

“Azərbaycan Sənaye Bankı” ASC və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı

“Azərbaycan Sənaye Bankı” ASC ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin üzvü, Satış və Marketinq üzrə Baş İnzibatçı Anar Məmmədov və EMTA-nın İdarə Heyətinin sədr müavini Rövşən İsmayılov imzalayıblar.

Anar Məmmədov enerji effektivliyi ilə bağlı layihələrə Fondun vəsaiti hesabına güzəştli kreditlərin ayrılması ilə bankların bu istiqamətdə layihələrin reallaşdırılmasında yeni imkanlar əldə etdiyini bildirib. O, imzalanan müqavilə çərçivəsində qarşılıqlı əməkdaşlığın səmərəli olacağına inamını ifadə edib.

Rövşən İsmayılov Fondun vəsaiti hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə banklarla imzalanan əməkdaşlıq müqavilələrinin əhəmiyyətini diqqətə çatdırıb. O, Fondun vəsaiti hesabına banklar vasitəsilə güzəştli kreditlərin verilməsi nəticəsində həyata keçiriləcək layihələrin vacibliyindən danışıb.

Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.

()
Saat
: Dəqiqə
Tarix