Exchange kalkulyatoru
© 2024 ASB Bank
07.05.2019

ASB nüfuzlu “STP Quality Award 2018 ” mükafatına layiq görülmüşdür

11.04.2019 tarixində Raiffeisen Bank International AG (Vyana) tərəfindən keçirilən “Cash Management & Compliance” mövzulu seminarda ASB 2018-ci il üzrə xarici valyuta ödənişlərinində STP formatına uyğunluq dərəcəsinə görə “STP Quality Award 2018 ” mükafatına layiq görülmüşdür.

 STP (Straight-Through Processing) beynəlxalq ödənişlərin rəsmiləşdirilməsinin keyfiyyətinin əsas göstəricisidir. Müvafiq standartların qorunması hesabına avtomatlaşdırılmış rejimdə ödənişləri manual müdaxilə olmadan həyata keçirmək mümkündür ki, bu da əməliyyatların olduqca sürətli baş tutmasına şərait yaradır.

 ASB müştərilərinə əsas valyutalarda beynəlxalq hesablaşmalar da daxil olmaqla, kompleks maliyyə xidmətlərini təklif edir. Uzun müddətli və məhsuldar əməkdaşlığa əsaslanan geniş müxbir bankçılıq şəbəkəsinin mövcudluğu bankın müştərilərinə yüksək keyfiyyətli ödəniş xidmətlərinin həyata keçirilməsinə imkan verir.

()
Saat
: Dəqiqə
Tarix