Exchange Калькулятор
© 2023 ASB Bank
23.09.2021

Ödəniş kartları sahəsində fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirlərinə dair məlumatlandırma

Hörmətli ASB-nin kart istifadəçisi olan bank müştəriləri!             

Bank(lar) tərəfindən telefon zəngləri və ya digər vasitələrlə ödəniş kartına dair məlumatların təqdim olunması ilə bağlı heç bir halda kart istifadəçilərinə müraciətlər edilmir. Belə hallarla qarşılaşdığınız zaman kart məlumatlarınızı təqdim etməyin və dərhal ödəniş kartının üzərində qeyd olunan bankınızın rəsmi qaynar xətti və ya əlaqə telefonları ilə əlaqə saxlayın. 

Ödəniş kartınıza pul vəsaitinin köçürülməsi üçün ödəniş kartının üzərində olan 16 rəqəmli nömrə kifayətdir. Heç bir halda ödəniş kartının PIN kodunu, son bitmə tarixini, kartın arxasında yerləşən CVV (3 rəqəmli) kodu, SMS məlumatlandırma əsasında əldə etdiyiniz birdəfəlik şifrəni (4 və ya 6 rəqəmli) digər şəxslərə, hətta bank əməkdaşlarına və ya özünü bank əməkdaşı qismində təqdim edən şəxslərə bildirməyin. Qeyd olunan məlumatların kənar şəxslərə təqdim edilməsi kart hesabınızdan vəsaitin silinməsinə səbəb ola bilər. 

()
Время
: Минута
Дата