Exchange Калькулятор
26.01.2021

16.01.2021

Ölkəmizdə aztəminatlı əhali qrupuna dövlətin dəstəyi daima diqqət mərkəzində olmuşdur. Özünüməşğulluq proqramı da belə dəstək tədbirlərindən biridir. Bu proqram Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında imzalanmış memoranduma uyğun olaraq banklar tərəfindən özünüməşğulluğun təşkilinə dəstək üçün hazırlanmış xüsusi proqramdır. Ötən il bu proqramda aktiv iştirak edən ASB, Azərbaycanın müxtəlif bölgələrində olan vətəndaşlarımıza dəstək olmuşdur. ASB həm sosial dəstək yönümlü layihələrin, həm də maliyyələşmə layihələrinin icrasında aparıcı yerlərdən birini tutmuşdur. Bu dəfə isə Özünüməşğulluq Proqramı çərçivəsində vətəndaş Əliyeva Aytəkin Kərim qızına un məmulatlarının hazırlanması üçün nəzərdə tutulan bişirmə avadanlıqları təqdim edilməklə onun özünüməşğulluğu təmin edilmişdir. Qeyd etmək istərdik ki, proqrama uyğun olaraq ASB vətəndaşlarmıza dəstəyi davam etdirməkdir.

()
Время
: Минута
Дата