Exchange Calculator
© 2023 ASB Bank
05.02.2021

ASB SUMQAYIT FİLİALI QAFQAZ KONSERV ZAVODUNDA

ASB Sumqayıt filialı 29 yanvar 2021-ci il tarixində Azərsun holdinqin Xaçmaz şəhərində yerləşən Qafqaz Konserv Zavodunda görüş keçirmişdir. Görüşdə Qafqaz Konserv Zavodunun əməkdaşları iştirak etmişdir. Ziyarətin məqsədi zavodun işçilərinə bankın 2021-ci ildə qüvvəyə minən yeni tarifləri haqqında ətraflı məlumat vermək, eləcə də fiziki şəxslər üçün nəzərdə tutulmuş istehlak krediti, kredit kartları, ipoteka krediti və s. məhsullarının şərtlərini müştərilərin diqqətinə çatdırmaq idi. Görüş zamanı zavodun əməkdaşlarını maraqlandıran müxtəlif suallar filialın əməkdaşları tərəfindən cavablandırılmışdır. ASB tərəfindən gələcəkdə də belə tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

()
HOURS
: MINUTE
DATE