Bütün fərdi fredit məhsulları fiziki şəxslərin müxtəlif maliyyə və istehlak
ehtiyaclarının qarşılanması məqsədilə verilir və müxtəlif növlərə ayrılır.

Kredit verilərkən diqqətə alınacaq ən əsas şərt – müştərinin maliyyə ehtiyacının
düzgün təyin edilməsi və düzgün məhsulun təklif edilməsidir. Müştərinin
istiqamətləndirilməsi və məhsul növləri haqqında ətraflı məlumatlandırılması
vacibdir.

Fərdi Kredit məhsulları cəmi 3 növ olaraq aşağıdakı alt kateqoriyalara bölünür:

  • Nağd pul krediti
  • Girovlu ehtiyac krediti
  • İpoteka krediti

 

Müştərilər 3 qrupa bölməklə təsnifləşdirilir. Göstərilən müştəri qrupları üzrə yerdəyişmələr və qruplara yeni müştərilərin əlavə edilməsi filialın əsaslandırılmış təklifi və
əlaqədar İdarə Heyəti üzvünün rəyi əsasında İdarə Heyətinin qərarı ilə həyata keçirilir:

  • əmək haqqı ödənişləri “Azərbaycan Sənaye Bankı” ASC tərəfindən icra edilən şirkətlər və əməkdaşları
  • bu tariflərə edilmiş 1 saylı əlavədə göstərilən şirkətlər
  • yuxarıdakı qruplar xaricində qalan digər müştərilər