Azərbaycan Sənaye Bankı ASC, “BestComp Group” şirkəti ilə məişət texnikası krediti kampaniyasına başlamışdır. “Bestel-Everbest” mağazalar şəbəkəsindən portativ kompüter (noutbuk, netbuk), personal kompüter, printer və digər texnixi avadanlıqları əldə etmək istəyən istehlakçılar sərfəli kredit şərtlərindən istifadə edə bilərlər. İstehlakçılar hər alınacaq kompüter və texniki avadanlığa görə ilkin ödənişsiz, 300-manatdan 1.500 manata kimi, minimum illik 22 % dərəcəsi olmaqla, maksimum 18 aya qədər müddətə bankdan kredit götürə bilərlər. ASB bütün istehlakçıları bazardakı ən keyfiyyətli məhsul variantlarından və üstün maliyyələşdirmə imkanlarından faydalanmaları üçün “Bestel-Everbest” mağazalarına dəvət edir.
Əlavə məlumatları Everbest və Azərbaycan Sənaye Bankının Baş Ofis və filiallarından ala bilərsiniz:
“EverBest”
Tel: (+99412)436 30 46; 436 29 61
Atatürk pr. 30/78
AZ1072, Bakı, Azərbaycan
“Azərbaycan Sənaye Bankı” ASC, “Təbriz Filialı”
Telefonlar: (+994 12) 496 91 23/28/30
Faks : (+994 12) 496 91 29
Təbriz küç., 66 A
Bakı AZ1072, Azərbaycan