Xəbərlər
ASB Bankdan qadın sahibkarlara növbəti dəstək

14.11.2011

Azərbaycan Sənaye Bankın dəstəklədiyi daha öncə Bakı, Gəncə və Sumqayıtda keçirilmiş “Regionlarda qadın sahibkarlığının inkişafı” layihəsinin icrasına uğurla davam edilməkdədir.

11.11.11 tarixində Bakının Suraxanı rayonunda keçirilmiş tədbirin də əsas məqsədi qadınlara sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması üçün idarə etdikləri kommersiya müəssisələrinə dəstəyin göstərilməsi və genişləndirilməsindən ibarətdir.

Layihənin əsas hədəf qrupları regionlarda məskunlaşmış, bizneslə məşğul olan sahibkar qadınlar və ya biznes fəaliyyəti ilə başlamaq arzusunda olanlar, tələbələr, müəllimlər, valideyinlər, icma liderləridir. Texniki dəstək və biznesin inkişafı xidmətləri, qadınlar üçün biznesə başlamaq məqsədilə mikro-kreditlərin əldə edilməsi üzrə seminarların təşkili və ictimai məlumatın təqdim olunması məqsədilə qadın liderlərin qeydiyyat bazasının yaradılması kimi fəaliyyətlərin nəzərdə tutulduğu layihə, vətəndaş cəmiyyəti və özəl sektorun əməkdaşlığına bariz nümunədir.

“Öz biznesinə necə başlamalı” və “Yeni başlayanlar üçün biznesin idarə olunması sertifikatlaşdırılmış proqram” seminarlarından bizneslərini inkişaf etmək istəyən qadınlar bəhrələnəcəkdir. Layihə məqsədi və əldə ediləcək nailiyyətlər ictimaiyyətə çatdırılıacaqdır.

Qadınların Kütləvi İnformasiya Vasitələrinə (KİV) çıxışı onların müsahibələri ilə müşaiyət olunacaqdır. Layihə, onun icraçıları və donorlar haqda məlumat, eləcə də fəaliyyət və nəticələr barədə yeniləşən materiallar yerləşdiriləcək internet səhifəsi isə dinamikliyi ilə seçiləcəkdir.

Layihənin qarşıya qoyduğu məqsədlərdən biri də 2004-2008-ci illərdə Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramı, Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı və bu sahədə həyata keçirilən digər dövlət proqramlarının icrasına dəstək olmaqdan ibarətdir. Qadın sahibkarlığının inkişafı, gənclərin və ümumilikdə əhalinin məşğulluğun yerli səviyyədə təmin edilməsi də bu proqramların tərkib hissəsidir.

Digər Xəbərlər Xəbər Arxivi
> ASB Bankdan qadın sahibkarlara növbəti dəstək
> ASB Bank Kredit kartlarına 50% endirim etmişdir!
> ASB Bank lotereya qalibinə mükafatlar təqdim etmişdir
> ASB Bank bayram günlərində də fəaliyyət göstərəcəkdir
ASB HaqqındaMaliyyə GöstəriciləriTariflərİnsan ResurslarıMətbuat ƏlaqələriSizi Eşidirik