Tədris Fəaliyyətləri Barədə
Əməkdaşların təkmilləşdirilməsi üzrə bank illik təlim proqramı hazırlamışdır. Bu proqram üzrə həm rəhbər həm də işçi səviyyəsində olan əməkdaşlar vəzifələrinə uyğun tədris artırmaq məqsədilə treyninqlərə, tədris mərkəzlərinə göndərilməsi nəzərdə tutulmuşdur. Habelə birbaşa olaraq rəhbər və işçilərlə tədris ehtiyacı barəsində görüşlər aparılmışdır. Aparılan görüşün nəticəsində tədris ehtiyacı müəyyən olunmuşdur və buna uyğun proqram hazırlanmışdır. İl sonuna qədər tərtib olunan ehtiyac üzrə təlim proqramı həyata keçiriləcəkdir. Təlimlər həm bank daxilində çalışan əməkdaşlar, o cümlədən xaricdən dəvət olunacaq müəllimlər tərəfindən aparılacaqdır. Bank daxilində təlimləri aparacaq işçilərdə tədris vermək bacarıqlarını daha da mükəmməlləşdirəcək təlimdən keçəcəklər.