Xəzər Təhsil Krediti
Azərbaycan Sənaye Bankı - Xəzər Universiteti ilə əməkdaşlıq çərçivəsində, Universitet tələbələrinə təhsil haqlarını rahat ödəmələri üçün güzəştli kredit alma imkanı yaratmışdır.
Təhsil kreditinin verilməsi üçün tələb olunan sənədlər:
-
Tələbə biləti,
-
Təhsil haqqının məbləğinə və təhsil haqqının ödənilmədiyinə dair Universitet tərəfindən verilmiş arayış,
-
Krediti alan şəxsin iş yerindən arayışı, zaminin iş yerindən arayışı, tələbənin, krediti alan şəxsin və zaminin şəxsiyyət vəsiqələrinin surətləri.
Təhsil kreditini, 1500 AZN-ə kimi 1 zamin və 1501 AZN-dən 5000 AZN-ə kimi isə 2 zamin olmaqla ilk alınan kreditə illik 24%, 2ci alınan kreditə 22% və 3cü alınan kreditə 20% dərəcəsi ilə 12 aya dək almaq imkanı mövcuddur.
Nümunə üçün geri ödəmə cədvəli:
|
Aylıq geri ödənilən məbləğ (AZN)
|
|
Kredit məbləği
|
1-ci kredit - 12 ay
|
2-ci kredit - 12 ay
|
3-cü kredit – 12 ay
|
|
1.000
|
95
|
94
|
93
|
|
1.500
|
142
|
140
|
139
|
|
2.000
|
189
|
187
|
185
|
|
2.500
|
236
|
234
|
232
|
|
3.000
|
284
|
281
|
278
|
|
3.500
|
331
|
328
|
324
|
|
4.000
|
378
|
374
|
371
|
|
4.500
|
426
|
421
|
417
|
|
5.000
|
428
|
468
|
463
|
Həmçinin krediti alan valideynin müraciəti ilə tələbənin adına açılan hesaba minimum 50 AZN yatırılmaqla bankın Debit Kartı pulsuz təqdim oluna bilər.
ASB debit ve kredit kartları ile 7/24 saat ərzində ATM-lərdən nağd pulun çəkilməsi, pulların təhlükəsizliyi, alış-verişlərdə güzəştlər əldə etmək olar. Eləcədə, bankın www.asb.az - internet səhifəsi üzərindən 24 saat ərzində “online“ kommunal ödəniş xidmətlərini ödəmək olar.
Universitetdə təhsil alan tələbələrin illik təhsil haqqlarının ödənişləri Azərbaycan Sənaye Bankı ASC-nin istənilən filiallarından həyata keçirmək mümkündür.