Hesablaşma-Kassa Xidməti
Depozit Hesabları
Fərdi Kreditlər
Prestige Club
Pul Köçürmə Xidmətləri
Azercell və Bakcell Ödənişləri
Kommunal Ödənişlər
Sığorta Məhsulları
Tariflər


Fərdi Kreditlər

Ev Təmiri Krediti

Fiziki şəxslər üçün, satın alınmış layihəli və ya layihəsiz mənzillərin, təmir və bərpası üçün, müəyyənləşdirilmiş şərtlər daxilində verilən fərdi kredit növüdür. Kredit, təmir materiallarının alışı və işçilik xərclərinin ödənişi üçün, ayrı-ayrı və ya birlikdə tələb edilə bilər. 
 
KREDİT ŞƏRTLƏRİ
Müraciət üçün tələb olunan sənədlər
Kreditin alışı üçün müraciət ərizəsi, müştərinin şəxsiyyət vəsiqəsi, iş yerindən arayış, yaşayış yerindən arayış, girov qoyulan daşınmaz əmlakın dövlət reyestrindən alınan çıxarışının surəti, qiymətləndirmə şirkəti tərəfindən hazırlanmış qiymətləndirmə aktı, borcalanın əmək müqaviləsi (ehtiyac olunduğu halda tələb oluna bilər)
Təminata görə tələb edilə biləcək əlavə sənədlər
Zaminin şəxsiyyət vəsiqəsi, zaminin iş yerindən arayış, zaminin əmək müqaviləsi (ehtiyac olunduğu halda tələb oluna bilər)
Ərizəçinin yaşı
Min. 20 – Maks. 60
Təminat
1.000 AZN-ə və ya ekv. kimi - 1 Zamin, 1.000 AZN-dən və ya ekv. yuxarı 2 Zamin və ya əlavədə olan digər təminat növləri* tələb oluna bilər. 4.000 AZN-dən və ya ekvivalenti-dən yuxarı məbləğlərdə isə layihə kimi qiymətləndirilərək digər* təminat tələb edilər.
Faiz dərəcəsi
İllik 24%
Krəditin rəsmiləşdirilməsi üçün təyin edilən komissiya
Kredit məbləğinin 2%-i (min. 20 AZN)
Maksimum müddət
Kreditin məqsədinə görə, 12 aya qədər.
Maksimum kredit həddi
Kredit məbləği, təmir layihəsinin ümumi məbləğinin 65%-dən çox ola bilməz.
Zamin təminatı ilə 4.000 AZN-ə və ya ekv. qədər verilə bilər.
Girovla təminatı ilə, əmlakın bank-ekspert qiymətinin 50%-nə qədər, maks. 20.000 AZN və ya ekv. qədər verilə bilər.
Aylıq kredit ödəməsi, aylıq xalis əmək haqqının 50%-ni keçməməlidir
Minimum kredit həddi
500 AZN və ya ekv. (Gəncə və İmişli üçün 250 AZN)
Sığorta
Ev girovu təminat halında olduğu zaman, ev sığortası icbariridir.
Kreditin məbləği 2.500 AZN-dən yuxarı olanda, fərdi qəza sigortası icbaridir.
Sığortaların məbləği, verilən kredit məbləğindən (faiz məblağı daxil) az ola bilməz.
Sığorta şəhadətnamələrinin müddəti, kredit müddəti ilə eyni olmalıdır.
Xüsusi şərtlər
Müştərinin, kredit kartı və istehlak kreditləri üzrə MKR yoxlaması ilə müəyyən olan mövcud borclarının cəmi, xalis əmək haqqının 3 mislini keçməməlidir.
Əmək haqqı şərti- kredit götürənin evində qeydiyyatda olan, birinci dərəcəli qohumlarının, xalis əmək haqlarının cəmi nəzərdə tutulur.
Zaminin əmək haqqı, Borcalanın əmək haqqından az ola bilməz.
Kreditin növünə görə və ya kampaniyalarda, tələb olunan sənədlərdə fərqliliq oluna bilər.
Kampaniyalara xüsusi olaraq, yaşayış yerindən arayış taləb olunmaya bilər.
 
* Bankın müştərisi olan hüquqi şəxslərin işçilərinə xüsusi istisnalar oluna bilər.
** Digər təminatlar:
·    Daşınar və daşınmaz əmlakın girovu, qiymətli kağızlar, müddətli / müddətsiz depozit, bank qarantiyaları
ASB Haqqında Maliyyə Göstəricilər Tariflər Insan Resursları Mətbuat Əlaqələri Sizi Eşidirik