İqtisadiyyat
Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi sabit qalıb

20.08.2010

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2010-cu ilin yanvar-iyul ayları üzrə 1,39 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, yanvar-iyun ayları ilə müqayisədə indeks dəyişməz qalıb. Xatırladaq ki, bu göstərici son aylar ərzində davamlı artım nümayiş etdirib:

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi ölçülür. Beləliklə, 2010-cu ilin yanvar-iyul ayları üzrə indeks əhalinin gəlirlərinin xərclərin iki əsas istiqamətini 39% üstələyir.

Bu indeksin 1-dən çox olması əhalinin gəlirlərinin xərclərin iki əsas istiqamətindən üstün olduğunu göstərir. Bundan başqa, indeksin əvvəlki müddətlə müqayisədə artması bu üstünlüyün gücləndiyini, sabit qalması isə onun dəyişmədiyini əks etdirir.

Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında pərakəndə əmtəə dövriyyəsi 7 348 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 2 426,4 mln. manat, əhalinin gəlirləri isə 13 604 mln. manat təşkil edib.

 

Digər iqtisadiyyat bülletenləri
> Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi sabit qalıb
> Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi 10% artıb
> Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala sərmayə qoyuluşu I rübdə 15% artıb
> Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının həcmi son bir ildə 39% artıb
> Azərbaycanda daha iki kredit ittifaqı bağlanıb
ASB HaqqındaMaliyyə GöstəriciləriTariflərİnsan ResurslarıMətbuat ƏlaqələriSizi Eşidirik