ASB və Bazarstore-un birgə layihəsidir

Bu kartı əldə etməklə siz həm TAKSİT, həm BONUS, həm ENDİRİM, həm də KREDİT kartına sahib olacaqsınız! Bu kart sayəsində kredit limitinizdən yararlana, alış-veriş məbləğini hissə-hissə ödəyə, etdiyiniz hər alış- verişdən bonuslar qazana, endirim kampaniyalarından faydalana biləcəksiniz.

Super Extra Kart – kredit kartıdır!
Ona görə də, bu kartın borc öhdəlikləri digər kredit kartlarındakı kimidir.

bankın tərəfdaşı olan şirkətlərin əməkdaşlarına veriləcək! Hansı ki, o şirkətlər uzun illərdir ki, ASB ilə əməkdaşlıq edir və onların əməkdaşları azı 1 ildir ki, öz əməkhaqlarını bankın maaş kartları ilə alırlar.
ödənişsizdir! Onu heç bir ödəniş etmədən əldə edə bilərsiniz!
gəlirlərinizə uyğun olaraq verilir! Yəni, bu kartda Sizə əməkhaqqınıza uyğun kredit limiti təqdim olunacaq!

TAKSİTLƏNDİRMƏ – çox rahatdır!
Super Extra Kartınızı təqdim edərkən bu istəyinizi bildirin. Cəmi bir neçə saniyə içində alış-veriş məbləğinizi hətta kartın son istifadə müddətinədək taksitləndirə bilərsiniz! Bundan başqa, banka müraciət edərək təlimatlı taksitləndirmə də etmək mümkündür.

BONUSLAR – ikiqat artdı!
Super Extra Kartlarda əldə etdiyiniz bonuslar həm kredit kartınıza (1%), həm də, Bazarstore hesabınıza (1%) yüklənəcək!

ENDİRİMLƏR – Sizə özəldir!
Super Extra Kartınız Sizə Bazarstore-un xüsusi endirim kampaniyalarından faydalanmaq imkanı verəcək!

ALIŞ-VERİŞ – POS-terminalı olan istənilən yerdən və internet üzərindən olacaq!
Çünki bu kart POS-terminalı olan istənilən obyektdən alış-veriş etmək, eləcə də, onlayn alışlar üçün nəzərdə tutulub. Ondakı məbləği heç bir halda nağdlaş- dırmaq mümkün deyil.

KREDİT ŞƏRTLƏRİ – xeyli rahatdır!

• Ekstre borcları və taksitlər hər ayın 1-dən 10-dək ödənilir;
• Hər ay xərclədiyiniz məbləğin 25%-ni ödəmək lazımdır;
• Ödəməsi gecikdiyində kart blok olunur;
• Bloklanan kartlar ödəniş edildikdən bir gün sonra aktivləşir;
• Aylıq faiz dərəcəsi cəmi %2,25-dir;
• Gecikmə olduğu halda (gecikmə faizi 4%-dir) bank bu məlumatı Mərkəzləşdirilmiş Kredit Reyestr xidməti ilə paylaşmağa məcburdur.