İxracatçı üçün sənədli inkasso əməliyyatı, malların faktiki ödəmə üsulundan daha təhlükəsizdir, lakin sənədli akkreditiv qədər sığortalı deyil. Məsələn, akkreditivdən fərqli olaraq, ödənişə təminat vermir, kredit və siyasi risklərini qarşılamır. Bunun üçün ixracatçı rolunda satış üzrə danışıqları aparmaqdan əvvəl yoxlamalısız ki, sənədli inkasso, Sizin üçün düzgün ödəmə üsuludur ya yox. Məhz bu səbəblərdən də, sənədli inkasso əməliyyatları, başqa sənədli əməliyyatlardan daha ucuz başa gəlir, daha az vaxt və cəhd tələb edir.

Belə ki, ixracatçı müəyyən risklərə gedir, ödənişi almazdan öncə malları istehsal edir, malları yükləyir və ya digər xidmətləri göstərir. Buna görə, sənədli inkasso, ancaq aşağıdakı şərtlər mövcud olduğunda məsləhət görülür:

  • İxracatçı ilə idxalatçı arasında çox etibarlı münasibətlər olmalıdır;
  • İdxalatçı tərəfindən ödəməni həyata keçirmə istəyi və imkanı haqqında ixracatçıda heç bir şübhə olmamalıdır;
  • İdxal edən ölkə siyasi, iqtisadi və hüquqi cəhəddən stabil olmalıdır;
  • İdxalatçı ölkədə beynəlxalq köçürmə əməliyyatlara dair valyuta rejimində heç bir məhdudiyətlər, çətinliklər və ləngitmələr olmamalıdır.
Qeyri-aktiv xidmət