ASB bankı sənədli akkreditivlər vasitəsilə sizə beynəlxalq ticarətdə yaranan risklərin minimuma endirilməsini təklif edir. Sənədli akkreditiv çevik ödəniş üsulu olmaqla yanaşı, həm də kredit aləti kimi istifadə oluna bilər (qısa-müddətli maliyyələşdirmə üçün).

Sənədli akkreditivlərdə iştirakçılar arasında münasibətlər mal/xidmət yaxud müqavilə üzərində deyil, akkreditivdə tələb olunan sənədlər əsasında qurulur, baxmayaraq ki, bu sənədlər həmin müqaviləyə aiddir. (UCP 600, bənd 5).

Sənədli akkreditivin açılması üçün təlimatlar tam və dəqiq şəkildə banka təqdim olunmalıdır.

Yalnız sənədlərin akkreditiv şərtlərinə uyğun banka təqdim olunması ixracatçıya ödənişi maneəsiz almağı təmin edir.

 

SƏNƏDLİ AKKREDİTİVLƏRİN FORMALARI:
İxracatçının maraqlarının qorunma səviyyəsi akkreditivin formasından asılı olaraq dəyişir:

  • Təsdiq edilmiş akkreditiv
  • Təsdiq edilməmiş akkreditiv

 

Təsdiq edilməmiş akkreditivdə bank-emitent (alıcının bankı) alıcının adından açdığı akkreditiv şərtlərinə uyğun sənədlərin düzgün təqdim edildiyi təqdirdə satıcının qarşısında geri çağırılmaz ödəniş öhdəliyini öz üzərinə götürür. Təsdiq edilməmiş akkreditiv forması təsdiq edilmiş akkreditiv formasından xərc baxımından daha qənaətlidir.

Təsdiq edilmiş akkreditivdə bank-emitentlə yanaşı təsdiqedici bank da ixracatçı qarşısında akkreditiv şərtlərinə uyğun ödəniş etməyi öz üzərinə götürür. Bu öhdəlik bank-emitentin öhdəliyindən müstəqildir. Beləliklə, həm təsdiqedici bank, həm də bank-emitent ixracatçı qarşısında ayrı-ayrılıqda öhdəlik daşıyır.
Bu akkreditiv forması ixracatçıya ödənişin optimal təhlükəsizliyini təklif edir, çünki ödəniş riskini maksimal dərəcədə məhdudlaşdırır və eyni zamanda bank-emitentin ölkə riskini aradan qaldırır. Məhz buna görə təsdiq edilmiş akkreditiv təsdiq edilməmiş akkreditiv formasından daha bahalıdır, çünki təsdiqedici bank ödənişin icrasını təmin edərək öz üzərinə göturdüyü riskə görə əlavə komissya haqqı alır.

 

SƏNƏDLİ AKKREDİTİVLƏRİN NÖVLƏRİ:

  • Dərhal ödəniş akkreditivi
  • Möhlətli ödəniş akkreditivi
  • Neqosiasiya olunan akkreditiv
  • Akseptli akkreditiv
  • Transfer edilən akkreditiv
  • Revolver akkreditiv
  • Qırmızı qeyd-şərtli akkreditiv və digər

 

Akkreditivlər üzrə tariflər