ASB ASC Azərbaycan Respublikasının həm rezident və həm də qeyri-rezidentləri olan korporativ müştərilərə manatla və valyuta ilə hesablaşma-kassa xidməti göstərir və Azərbaycanın maliyyə bazarında mövcud olan bank xidmətlərinin tam kompleksini təqdim edir. Öz hesabları üzrə fəal əməliyyatlar aparan daimi müştərilər üçün ASB güzəştlər edir. Müştərilərə mövcud tariflər üzrə hesablaşma-kassa xidməti haqqında müqavilə əsasında xidmətlər göstərilir.

Bankın çoxlu müxbir əlaqələri vardır və bu da müştəri ödənişlərini tez və keyfiyyətlə həyata keçirməyə imkan verir.

Korporativ müştərilər aşağıdakıları edə bilərlər:

  • Qısa müddətə hesablaşma və cari hesablar aça bilərlər;
  • Bank əməliyyatlarının aparılması qaydası haqqında məsləhət ala bilərlər;
  • Azərbaycan üzrə və xarici ölkələrə pul vəsaitini köçürə bilərlər;
  • Hesaba pul köçürmələrini ala bilərlər;
  • Dövriyyə əməliyyatlarını həyata keçirə bilərlər;
  • Vəsaitin avtomatik olaraq dövriyyəyə buraxılmasını Banka həvalə edə bilərlər;
  • Hesabda müəyyən vəsait qalığının saxlanmasını Banka həvalə edə bilərlər;
  • Nağd pulu hesaba köçürə, hesabdan nağd pulu ala bilərlər;
  • Nağd pulun çatdırılması üzrə sifarişləri həyata keçirə bilərlər.

Nağd valyutanın Bankın müştərilərinə verilməsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. ASB maliyyə fəaliyyətinin istiqamətinin koordinasiyasına yardım edir, eyni zamanda müştərinin bütün potensial imkanlarını həyata keçirir.

BEYNƏLXALQ ƏMƏLİYYATLAR
Firmanın beynəlxalq bazarlarda müvəffəqiyyətlə işləməsi üçün ticarət kontraktlarının etibarlı, vaxtında ödənilməsi vacibdir. ASB ASC öz müştərilərinin layiqli adını və imicini qoruyaraq və onların beynəlxalq ödənişlərinin həyata keçirilməsinə olan tələbatının qane edilməsi üçün ən tələbkar müştərilərin problemlərini həll etməyə imkan verəcək hesablaşma xidmətlərinin geniş şəbəkəsini təklif edir:

  • xarici valyuta ilə bank köçürməsi;
  • akkreditiv hesablaşma formaları;
  • nağdsız valyutanın dövriyyəsi üzrə xidmətlər.

 

Müştəriyə göstərilən hesablaşma xidmətinə aşağıdakı xidmətlər kompleksi daxil edilir:

  • Müştərinin tapşırığı ilə onun hesabından pulun benefisiarın bankına köçürülməsi;
  • Müştərinin hesabı üzrə bütün əməliyyatlar haqqında çıxarışın müştəriyə və ya onun etibar etdiyi şəxsə təqdim edilməsi. Bu məlumat müştəriyə kağız daşıyıcısında verilir.
  • Hesablaşmalar, hesablaşma əməliyyatlarının aparılmasına aid sənəd dövriyyəsi qaydaları haqqında qanunvericilik məsələlərinə dair müştəriyə məsləhət verilməsi.

 

Əlavə xidmətlər paketi:

  • müştərinin xeyrinə köçürülmüş vəsaitin axtarışı üzrə sorğunun yerinə yetirilməsi;
  • sorğu olunan dövr üçün hesab tarixçəsinin təqdim edilməsi;
  • ödəniş tapşırığının yerinə yetirilməsi haqqında təsdiqin verilməsi.

 

Bank aşağıdakıları özündə birləşdirən kompleks kassa xidmətini Sizə təqdim edir:

  • Əməliyyat günü ərzində Bankın kassasından nağd pulun və nağd xarici valyutanın verilməsi;
  • Pul vəsaitinin Sizin hesabınıza eyni zamanda köçürülməsi ilə nağd pulun və nağd xarici valyutanın Bank kassasına qəbul edilməsi, nağd xarici valyutanın inkassoya qəbulu;
  • Xarici valyuta banknotlarının dəyişdirilməsi.

 

Hesablaşma-kassa xidməti üzrə tariflər