Bank “Capital İnvestment Bank” (Cİ Bank) kimi təsis olunmuş və fəaliyyətə başlamışdır. 1996-cı ildə “Azərbaycan Sənaye Sığorta” ASC-ni 100% payla təsis etmişdir. TSE-İSO-EN 9000 şərtlərinə uyğun keyfiyyət nişanı almışdır ki, bu da bankın iş sisteminin beynəlxalq keyfiyyət sistemi olan İSO standartlarına uyğun olduğunu göstərən ən etibarlı və mühüm göstəricidir. 2004-cü ildə “Azərbaycan Sənaye Lizinq” MMC-ni 100,0% payla təsis etmişdir. 2005-ci ilə “Capital İnvestment Bank” (Cİ Bank) adını dəyişərək “Azərbaycan Sənaye Bankı” ASC adı ilə fəaliyyətini davam etdirmişdir. Milli kart MMC-nin təsis edilməsində 10,0% payla iştirak etmişdir. Bankın baş ofislə bir yerdə 7 filialı fəaliyyət göstərir.

Təşkilati struktur

  • Tarixçə

    1996
    • “Capital Investment Bank” (CI Bank) kimi təsis olunmuş və Mərkəzi Bankın 28 sentyabr 1996-cı il tarixli 241 saylı lisenziyasına əsasən fəaliyyətə başlamışdır.
    1997
    • “Azərbaycan Sənaye Sığorta” ASC-ni 100% payla təsis etmişdir.
    • Bakı Banklararası Valyuta Birjaasının (BBVB) üzvü olmuşdur.
    2000
    • Bakı Fond Birjasının təsis edilməsində 11% payla iştirak etmişdir.
    • Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvü olmuşdur.
    2002
    • TSE–ISO–EN 9000 şərtlərinə uyğun keyfiyyət nişanı almışdır ki, bu da bankın iş sisteminin beynəlxalq keyfiyyət sistemi olan ISO standartlarına uyğun olduğunu göstərən ən etibarlı və mühüm göstəricidir.
    2005
    • “Azərbaycan Sənaye Lizinq” MMC -ni də 100% payla təsis etmişdir.
    2006
    • “Capital Investment Bank” (CI Bank) adını dəyişdirərək “Azərbaycan Sənaye Bankı” ASC adı ilə fəaliyyətini davam etdirmişdir.
    • Milli Kart MMC-nin təsis edilməsində 10% payla iştirak etmişdir.
    • Bank ilk local kartlarını istifadəyə buraxmışdır.
    • Bankın ilk bankomatı Baş Ofisə quraşdırılmışdır.
    • “Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan” ASC-nin təsis edilməsində 25% payla iştirak etmişdir.
    • İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondun vəsaitlərinin sahibkarlıq subyektlərinə çatdırılması üçün müvəkkil kredit təşkilatı seçilmişdir.
    • İmişli filialını açmışdır.
    2007
    • Azərbaycan İpoteka Fonduna üzv olmuşdur.
    • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı kreditləri üzrə Dövlət Agentliyinə üzv olmuşdur.
    • Əmanətlərin Sığortalanması Fonduna üzv olmuşdur.
    2008
    • Təbriz, Elmlər Akademiyası, Gəncə, Rəşid Behbudov və Mətbuat filiallarını açmışdır.
    • “İlin İnkişaf bankı” mükafatına layiq görülmüşdür.
    2009
    • Azərbaycan Sahibkarlar Konfederasiyasına üzv olmuşdur.
    • Sumgayıt filialını açmışdır.
    • KOMİS sisteminə qoşulmuşdur.
    2010
    • Park Bulvar filialını açmışdır.
    • “Azərbaycan Risk Peşekarları Assosiyasiyası”nın (ARPA) üzvü olmuşdur.
    • Qlobal maliyyə bazarlarının izlənməsi və FX əməliyyatları üçün “İş Yatırım İnvestment – Trade Master International” sisteminə qoşulmuşdur
    2011
    • Bloomberq əməliyyat sistemi qoşulmuş və valyuta əməliyyatlarını bu sistem üzərindən aparılmasına başlanmışdır.
    2012
    • “Bakı Avroviziya 2012” çərçivəsində “Maestro” loqolu “Baku Card” səyahət paketi çıxarılmışdır.
    • Azəraycanın ilk taksit kartı “Extra Card” ictimaiyyətə təqdim edilmişdir.
    • “Baku Card” səyahət paketi məhsuluna görə “Master Card” tərəfindən “İlin innovativ məhsulu” seçilmişdir.
    • 137 Məlumat Mərkəzi fəaliyyətə başlamışdır.
    2013
    • “Nərimanov” filialını açmışdır.
    • Nəzarət və təhlil imkanları genişləndirilməsi üçün yeni hesabatlılıq sistemi istifadəyə verilmişdir. Mərkəzi Bank tərəfindən ölkədə “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə ikinci yerə layiq görülmüşdür.
    2014
    • Bankın proqram təminatının yenilənməsi, mobil və internet bankçılığın tətbiqi üçün layihə qrupu yaradılmışdır.
    2015
    • Bank yeni- Intervision proqram təminatına keçid etmişdir.

     

  • Strateji baxış və prinsiplər

     

    Azərbaycan Sənaye Bankının strateji baxışı sabit böyümə və əlavə dəyər yaratmaqla maliyyə sektorunda müştərilərinə ən keyfiyyətli və sürətli xidməti təklif edə bilən, səhmdarlarının və əməkdaşlarının mənsubu olmaqdan qürur və xoşbəxtlik hiss etdikləri, etibarlı və sosial məsuliyyətinin fərqində olan bir bank olmaqdır.

    Bu məqsədlə təsis edilmə fəlsəfəmiz olan sənaye sektorunun inkişafı və təsis olunan yeni senayə müəssəsələrinin dəstəklənilməsi ilə bir yerdə korporativ və fərdi müştərilərin lokal və beynəlxalq maliyyə tələbatlarına cavab verəbilməyi və kiçik sahibkarlığın biznesinin inkişafını təmin edə biləcək fəaliyətləri hədəf tutmaqdadır.

    Hazırda bütün növ maliyyə xidmətləri təklif edən, universal bank kimi fəaliyyət göstərən ASB iqtisadiyyatın bütün sahələrində fəal iştirak edir, kiçik və orta sahibkarlığın biznesini dəstəkləyir, iri korporativ müəssisələrin, hüquqi və fərdi müştərilərin maliyyə tələbatlarını qarşılayır. Belə ki, ASB ənənəvi xidmətlərlə yanaşı, həmçinin, ən müasir bank xidmətlərini də tətbiq edir.

  • Məqsəd və hədəflər

    “Azərbaycan Sənaye Bankı” ASC-nin strategiyası:

    Müştərilərə keyfiyyətli xidmətlər vermək – müştərilərə keyfiyyətli xidmət vermək sahəsində ölkənin bank sektorunda ilk sıralara daxil olmaq.

    Ölkə iqtisadiyyatının və bank sektorunun inkişafına dəstək vermək – iqtisadi və sənaye layihələrini maliyyələşdirməklə ölkə iqtisadiyyatının inkişafında aktiv rol oynamaq, yeni bank məhsulları ilə bank sektorunun inkişafına dəstək vermək.

    Etibarlı və stabil bank olmaq- sabit və tarazlı inkişaf edərək etibarlı və sabit bank olmaq və bu inamı artırmaq.

    Dövlətin, səhmdarların və işçilərin maraqlarını qorumaq – dövlət siyasətini dəstəkləmək, səhmdarların müəyyən etdiyi hədəfləri icra etmək, qanunlara riayət edərək dövlətə, səhmdarlara və işçilərinə müvafiq olaraq yüksək vergi, dividend və əmək haqqı təmin etməklə onların maraqlarını qorumaq.

    Səhmdarlar üçün yüksək dəyərə malik və gəlirli bank olmaq;

    Güclü maliyyə və likvidlik mövqeyini qorumaq;

    Sabit inkişaf etmək, etibarlı və likvid bank inamını artırmaq;

    Xidmətin keyfiyyətini və müştəri məmnuniyətini artırmaq;

    Səmərəli və çevik korporativ idarəetmə və informasiya texnologiyaları sisteminə (təskilati struktur, idarəetmə modeli, insan resursları, maliyyə, risklər, audit, informasiya texnologiyaları və s.) malik olmaq;

    Ölkə daxilində və xaricində pozitiv imici gücləndirmək, ictimaiyyət, müstərilər, tərəf-müqabillərlə sağlam münasibətlər qurmaq;

    Ölkənin aparıcı banklarından birinə çevrilmək;

     

  • Müşahidə Şurası Sədrinin Mesajı

    Hörmətli səhmdarlar, müştərilər və tərəfdaşlar,
    Böyük məmnuniyyətlə “Azərbaycan Sənaye Bankı” ASC-nin 2015-ci il üçün illik hesabatını Sizlərə təqdim edirəm.Öncəliklə bildirmək istəyirəm ki, 2015-ci il Bankımızın qarşısında duran bütün vəzifə və hədəflər uğurla yerinə yetirilmişdir. Əlbəttə bu ilk növbədə ölkədəki iqtisadi, siyasi sabitliyin töhvəsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin strateji istiqamətləri olan regionların tarazlı inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, əhalinin maddi rifahının daha da yüksəldilməsi tədbirlərinin 2015-ci ildə də uğurla həyata keçirilməsi öz bəhrəsini vermişdir.Hesabat ilində davam edən maliyyə böhranının dalğaları bütün dünyada olduğu kimi, ölkəmizdə də hiss olunmuşdur. Beynəlxalq maliyyə bazarlarında habelə qonşu ölkələrdə baş verən kəskin makroiqtisadi dəyişikliklər və hökm sürən qeyri-müəyyənlik şəraiti Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməmişdir lakin Azərbaycan hökuməti müsbət məqamlardan uğurla yararlana bilmişdir. Belə ki, valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqləri nəzərə alaraq 2015-ci il fevral ayında manatın devalvasiyası və dekabr ayında isə “üzən məzənnə”yə keçid edildi. Habelə, məzənnənin korreksiyası mövcud neft qiymətlərinə uyğunlaşdırıldı. Atılan bu addımlar strateji valyuta ehtiyatlarına əhəmiyyətli qənaət etməyə imkan verməklə yanaşı strateji makroiqtisadi manevr xarakteri daşıyaraq, milli iqtisadiyyatın şaxələndirilməsi strategiyasının dəstəklənməsinə xidmət etmişdir.Mürəkkəb iqtisadi şəraitdə Azərbaycan hökuməti tərəfindən bank sisteminin likvidliyinin adekvat səviyyədə saxlanılması siyasəti davam etdirilmişdir. Mərkəzi Bankın verdiyi dəstək nəticəsində, bankların kredit və investisiya imkanları artırılmış, sağlam rəqabət mühiti formalaşdırılaraq bütün regionlar müxtəlif növ bank xidmətləri ilə təmin edilmişdir. Həyata keçirilən tədbirlər nəticəsində kütləvi bank iflaslarına yol verilməmişdir.“Azərbaycan Sənaye Bankı” ASC ölkədə sahibkarlığın inkişafına 2015-ci ildə də öz dəstəyini göstərmişdir. Belə ki, verilən kreditlərin 91%-i sahibkarlıq fəaliyyətiylə məşğul olan müştərilərə təqdim edilmişdir. 2015-ci ildə bankımızın məcmu kapitalı isə 71,6 milyon manata çatdırılmışdır.
    Dövlət tərəfindən nağdsız ödənişlərə verilən dəstək fonunda, bankın texniki infrastrukturunun yenilənməsi, internet və mobil bankçılığın tətbiqi üçün işlərə başlanılmışdır. O cümlədən strukturların istifadəsinə təqdim edilmiş yeni proqram təminatı vasitəsilə departamentlərin hesabatlılıq, nəzarət və təhlil imkanları genişləndirilmişdir.
    Ötən ilki nailiyyətlərimizin əsasında peşəkar komanda, bank biznesinin ən qabaqcıl texnologiyalarının tətbiqi eləcə də, səhmdarlarımızın, müştəri və tərəfdaşlarımızın etimadı dayanır.Gələcək hədəflərimiz sabit böyüyən, keyfiyyətli xidmətlər göstərən, yüksək standartlara, işgüzar nüfuza və güclü maliyyə potensialına malik, səhmdarlar üçün dəyərli və gəlirli, ölkənin sənaye və istehsal sektorunun inkişafına dəstək verən, Azərbaycanın etibarlı və aparıcı banklarından biri olaraq yoluna əzmlə davam etməkdir.Hörmətlə,
    Müşahidə Şurasının Sədri
    Zeynab Konyar
  • İdarə Heyəti

    İdarə Heyətinin Sədri – Doğan Tandoğan

    1973-cü ildə Türkiyə Respublikasında anadan olmuşdur. 1995-ci ildə “Orta Doğu Teknik Universiteti”ndən Beynəlxalq Münasibətlər bölümündən, 2004-cü ildə “Azərbaycan Dövlət Neft Akademiyası”ndan Biznesin idarə edilməsi bölümündən məzun olmuşdur. İş fəaliyyətinə 1996-ci ildə Türkiyə bank sektorunda başlamışdır. 2013-cü ildən “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavinidir. 19.12.2016 tarixindən  “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin Sədri təyin edilmişdir.

    Telefon: (+99412) 493 49 49
    E-poçt: dogan.tandogan@asb.az

     

    İdarə Heyətinin üzvü – Sarvan Mikayılov

    26.07.1973-cü ildə Şəki rayonunda anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasını mühəndis-kimyaçı texnoloq ixtisası üzrə bitirmişdir. 1998-ci ildən etibarən “Azərbaycan Sənaye Bankı” ASC-də müxtəlif rəhbər vəzifələrdə işləmişdir. 2008-ci ildən Maliyyə Departamentinin direktoru və Bankın baş mühasibi vəzifəsində işləyir. 2011-ci il tarixdən İdarə Heyətinin üzvüdür. 2013-cü ildən “Azərbaycan Sənaye Sığorta” ASC -nin Direktorlar Şurasının üzvüdür.

    Telefon:(+99412) 493 49 49
    E-poçt: sarvan.mikayilov@asb.az

  • Müşahidə Şurası

    Müşahidə Şurasının üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən seçilir. Müşahidə Şurası Bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirir, İdarə Heyətinin üzvlərini və sədrini təyin edir, onlardan hesabat alır, Səmhdarların Ümumi Yığıncağı ilə bağlı prosedurları həll edir, daxili qaydaları və daxili komitələrin əsasnamələrini təsdiq edir, nizamnamə kapitalının 50%-dən artıq məbləğdə əqdlərin bağlanmasına icazə verir. Bankın Müşahidə Şurası 3 nəfər fiziki şəxsdən ibarətdir:

    Müşahidə Şurasının Sədri – Zeynab Konyar
    E-poçt: info@asb.az
    Tel.: (+99412) 493-49-49

    23.08.1976-cı il tarixdə anadan olub. Bir çox maliyyə idarələrində fəaliyyət strategiyalarının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmişdir. “Anadolu İnvestment” MMC-nin təsisçisidir. 2010-cu ildən “Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədridir.

    Müşahidə Şurasının üzvü – Savaş Uzan
    E-poçt: info@asb.az
    Tel.: (+99412) 493-49-49

    Müşahidə Şurasının üzvü – AliReza Firouzi
    E-poçt: info@asb.az
    Tel.: (+99412) 493-49-49

    23.09.1974-cü ildə anadan olmuşdur. 2007-ci ildən Azersun Holding-də maliyyə və fəaliyyətin təhlili üzrə müşavir, baş direktor və s. vəzifələrdə çalışmışdır. 23.04.2015-ci ildən “Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının üzvüdür.

     

  • Risklərin idarə edilməsi

    RİSK SİYASƏTİ

    Azərbaycan Sənaye Bankı ASC (bundan sonra ASB və ya Bank) Risklərin idarə olunması çərçivəsində bankın fəaliyyəti zamanı qarşılaşdığı və ya ehtimal olunan risklərin idarə edilməsi məqsədilə əsas istiqamətlərini öz Risk siyasətində müəyyənləşdirmişdir. Bankın Risk siyasəti risklərin idarə edilməsi işinin təşkili, səlahiyyətlərin bölgüsü, əsas risk faktorları, risklərin ölçülməsi və təhlilini və s. əhatə edir. Bank risklərin idarə edilməsi prosesini Mərkəzi Bankın normativ hüquqi sənədləri, Bankın daxili qaydaları, Bank Nəzarəti üzrə Bazel Komitəsinin müvafiq prinsipləri, Sponsor Təşkilatların Komitəsinin (COSO) “Təşkilati Risk Menecment Çərçivəsi”, eləcə də risklərin idarə edilməsi üzrə qəbul edilmiş və maliyyə təsisatları tərəfindən tətbiq olunan digər standartlar və qaydalar əsasında həyata keçirir.

    ASB-nin «Risk Siyasəti» özündə 4 əsas risk faktorunu müəyyən etmişdir:

    • Bazar riski – faiz dərəcəsi, xarici valyuta məzənnəsi və kapitalın (həmçinin bazar qiymətli kağızların) qiymətlərindəki enib-qalxmaların nəticəsində bank aktivinin bazar dəyərini dəyişməsindən itkiyə səbəb ola bilən ehtimaldır.

    ASB bazar (faiz, valyuta, kapital, əmtəə) risklərinin idarə edilməsi məqsədilə bankın müvafiq struktur bölmələri tərəfindən periodik olaraq bazarın təhlilini aparmaqla bərabər davamlı olaraq nəzarətdə saxlayır. Bank sektorunda baş verən dəyişikliklər barədə toplanmış məlumatlar əsasında, bu dəyişikliklərin banka müsbət və ya mənfi təsiri haqqında təhlil hesabatları hazırlanaraq, qərarların qəbul edilməsi məqsədilə rəhbərliyə təqdim edilir. Müvafiq hesabatlar əsasında rəhbərlik tərəfindən bazar risklərinin idarə edilməsi üçün strategiyalar müəyyən edilir.

    • Kredit riski – Kredit riski, aktivin dəyərini itirməsinə və yaxud dəyərsiz hala düşməsinə səbəb olan, borcalanın maliyyə vəziyyətinin pisləşməsi kimi hadisəsindən (balansdankənar hadisələr daxil olmaqla) yaranan zərər ehtimalıdır.

    Bank kredit risklərinin ölçülməsi və idarə edilməsi məqsədilə kredit portfelinin keyfiyyətinin analizini, vaxtı keçmiş kreditlərin artım-azalma tempini nəzarətdə saxlamaqla bərabər, təhlil hesabatları (vaxtı keçmiş kreditlər üzrə iflasa ekvivalent risk, vintaj təhlili) hazırlanaraq kredit riski təhlil edilir. Bankın kredit portfelinin keyfiyyətinə nəzarət müvafiq struktur bölmələri tərəfindən koordinasiyalı şəkildə aparılır. Kredit riskinə nəzarət edən struktur bölmələri kredit portfelinin keyfiyyəti barədə risk təhlili aparaq, rəhbərliyi müxtəlif kredit portfeli üzrə keyfiyyət hesabatları ilə təmin edir. ASB kredit strategiyasında əsasən məsuliyyətli borclanma meyarlarını tətbiq etməyi üstün tutaraq, borcalanın ödəmə qabiliyyəti çərçivəsində limitlər təyin edir.

    • Əməliyyat riski – Əməliyyat riski, qeyri-adekvat və ya uğursuzluqla nəticələnmiş daxili proseslərdən, insanlardan və ya sistemlərdən, yaxud kənar hadisələrin baş verməsindən yaranan zərər riskidir.

    Bank fəaliyyəti nəticəsində qarşılaşdığı əməliyyatların risklərinin baş vermə hallarının minimum səviyyədə saxlanılması məqsədilə tədbirlər həyata keçirir. Bank əməliyyatları zamanı əməliyyat risklərinin baş vermə tezlikləri və səbəbləri müəyyən edilərək bu halların aradan qaldırılması üçün tədbirlər görülür. Bu məqsədlə ASB əməliyyat risklərinin nəzarətini Audit, Mərkəzi Əməliyyat, Daxili nəzarət və Risklərin İdarə edilməsi departamentlərinin birgə fəaliyyəti əsasında qurmuşdur.

    • Likvidlik riski – Likvidlik riski, bankın aktivlərində olan artımı maliyyələşdirə bilməməsi və öz öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirə bilməməsi riskidir.

    ASB prudensial normativlərə riayət olunması və likvidlik riskinin idarə edilməsini daimi olaraq nəzarətdə saxlayır. Bankın qarşılaşma ehtimalı olan likvidlik risklərinin müəyyən edilməsi üçün likvidliklə bağlı davamlı olaraq müxtəlif şok ssenarilər əsasında stress-testlər hazırlanaraq təhlil edilir. Stress-testlərin təhlili nəticəsində təsbit edilən maliyyə boşluqlarının aradan qaldırılması üçün həll yolları hazırlanaraq tətbiq edilir.

    Risk Siyasəti.pdf

     

    FAİZ RİSKİNƏ HƏSSASLIQ ÜZRƏ TƏSNİFAT

    Faiz dərəcəsi riski – faiz dərəcələrinin əlverişsiz dəyişməsində nəticəsində, bankın maliyyə vəziyyətində yaratdığı təsirdir (riskdir). Faiz dərəcələrindəki dəyişmələr bankın gəlirlərini, xalis faiz gəlirlərindəki və digər faizə həssas gəlirlərində və fəaliyyət xərclərində dəyişmələrə imkan yaradaraq təsir etməkdədir. Bank faiz riskinə təhlil edərkən bütün mənbələri nəzərə almalıdır.

    Bankın məruz qaldığı faiz riskinin yaranma səbəbləri:

    • Yenidən qiymətləndirmə riski – Bu amil bankın faiz riski daşımasının əsas göstəricisidir. Yenidən qiymətləndirmə riski aktiv və passivlərin bağlanması müddətlərinin və balansdankənar maddələrin (üzən faiz dərəcələri tətbiq edildi zaman) faiz dərəcələrinin uyğunsuzluğu dəyişməsi zamanı yaranır.
    • Bazis riski – Bu risk maliyyə alətləri üzrə əldə olunan və ödənən faizlər arasındakı fərq zamanı, faiz dərəcəsi üzrə marjanın dəyişməsi nəticəsində yaranır.
    • Opsion riski – Opsion əməliyyatları öz sahiblərinə maliyyə alətləri ilə aparılan əqdlərdə alqı-satqının aparılması və şərtlərinin dəyişməsi hüquq verir. Buna debitorların vaxtından qabaq kreditlərini bağlaması və ya müddətli depozitlərin vaxtından qabaq tələb olunmasını aid etmək mümkündür.

    Faiz riskinin ölçülməsi:

    Bankın məruz qaldığı faiz həssaslıq riskinin ölçülməsi üçün istifadə olunan metod:

    • Aralıq (GAP) analizi – cari gəlirlərdə yaranan faiz riskinin müəyyən edilməsi üçün istifadə olunur. GAP analizi – müəyyən zaman aralığında faizə həssas aktivlərlə faizə həssas passivlər arasındakı fərqdir. Bu ölçmə üsulu istifadə olunmaqla hesablanan boşluq bank balansının faiz riskinə məruz olan miqdarını göstərir.
    • Faizə həssas (faiz yığılan və ya faiz ödənilən)
    • GAP= FHA (Faizə həssas Aktivlər) – FHP (Faizə həssas Passivlər)
    • GAP Nisbəti= FHA/ FHP

    Faiz Riskinin etibarlı idarə edilməsi üçün əsas alətlər

    Etibarlı faiz risk idarə ediməsi üçün: aktivlərin, öhdəliklərin və balansdankənar hesabların 4 əsas tətbiqdən istifadə edilir:

    1. Risk siyasəti və prosedurlar
    2. Risk hesablama və izləmə sistemləri
    3. Bankın Faiz siyasəti
    4. Vasitəsiz daxili nəzarətlər və müstəqil yoxlama

    Faiz riskinin idarə edilməsinin məqsədi: faiz dərəcələrindəki dəyişmələrin aralığında, faiz dərəcələrinin öz aralarında parametrlərlə bir-birinə təsiri nəticəsində bankın məruz qaldığı faiz risk təsirini ortadan qaldırmaqdır. Faiz dərəcələrinin ehtiyatlı limitlər daxilində tutulması Bankın risk idarəetməsinin etibarlılığı və sağlamlığı cəhətdən olduqca vacibdir. Bank bu məqsədlə daxili faiz siyasəti hazırlamaqla bankın yuxarı və aşağı faiz həddləri müəyyən olunaraq faiz riskinin effektiv idarə edilməsini təşkil edir.

    PY-TMM

    Azərbaycan Sənaye Bankı ASC (bundan sonra ASB) çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində öz bankdaxili nəzarət sistemini qurmaqla bərabər davamlı olaraq inkişaf etdirməkdədir. Bununla bağlı olaraq Bank tərəfindən çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı görülən tədbirlər toplusunu əks etdirən Bankın PY/TMM üzrə siyasəti, Öz Müştərini Tanı siyasəti, bankdaxili qaydalar və prosedurları hazırlanmışdır. Bankın PY/TMM üzrə qəbul etdiyi qayda və prosedurlar bankın bütün filial və nümayəndəliklərində tətbiq edilir.

    Bank tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə qanunun tələblərinə uyğun olaraq bank əməliyyatlarının monitorinqi, müştərilərin eyniləşdirilməsi və verifikasiyası, məlumatların davamlı yenilənməsi, risk kateqoriyasından asılı olaraq əməliyyatın təyinatı barədə məlumatın alınması və s. kimi tədbirlər həyata keçirilir. Bank tərəfindən PY/TMM üzrə qayda və prosedurların tətbiq olunmasının səmərəliliyini yoxlayan daxili audit mexanizmi qurulmuşdur.

    Bankın Risklərin İdarə edilməsi Departamenti mütəmadi olaraq bank əməkdaşlarına PY/TMM üzrə Azərbaycan Respublikasının bu sahə üzrə qanunvericilik tələbləri, habelə digər ölkələrin, bankların təcrübələri, risk kateqoriyası üzrə eyniləşdirmə və verifikasiyanın tətbiqi, bankın daxili nəzarət sistemini təşkil edən digər tədbirlər barədə təlimlər təşkil edir.

    Bank ölkə qanunvericiliyində, beynəlxalq normativ sənədlərdə edilmiş dəyişiklikləri izləyərək təhlil etməklə yanaşı, bankın PY/TMM üzrə daxili nəzarət sistemini həmin tələblərə uyğun şəkildə formalaşdırıraraq təkmilləşdirir.

    1. Azərbaycan Sənaye Bankı ASC-nin Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə Siyasəti (pdf)
    2. Azərbaycan Sənaye Bankı ASC-nin Öz Müştərinin Tanı Siyasəti (pdf)

    Maliyyə institutları üçün PL-TMM Özünü qiymətləndirmə sorğu anketi Əlavə N2 (Word)

     

    FATCA

    Qısa məlumat

    Azərbaycan Sənaye Bankı ASC (bundan sonra ASB) olaraq FATCA haqqında Sizə qısa məlumat vermək istərdik.

    FATCA Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act) ABŞ Konqresi tərəfindən 18 mart 2010-cu il tarixində qəbul edilmiş və 1 yanvar 2013-cü il tarixindən qüvvəyə minmişdir. Bu Akta əsasən ABŞ vətəndaşları və digər vergi ödəyicilərindən onların başqa dövlətlərdə olan maliyyə hesabları haqqında, xarici maliyyə institutlarından özlərinin bu növ müştəriləri barədə məlumatların ABŞ-ın Daxili Gəlirlər İdarəsinə (İRS) açıqlanmasını tələb edir.

    FATCA-nın əsas məqsədi ABŞ vergi ödəyiciləri tərəfindən vergidən yayınmaya qarşı mübarizə tədbirlər və federal vergi gəlirlərinin artırılmasıdır.

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 aprel 2014-cü il tarixli 103s nömrəli sərəncamı ilə FATCA-nın tətbiqi məqsədi ilə Amerika Birləşmiş Ştatları Xəzinədarlıq Departamentinin təsdiq etdiyi və razılığa gələn dövlətlərin səlahiyyətli orqanları arasında qarşılıqlı məlumat mübadiləsini nəzərdə tutan IGA1A Modeli üzrə Amerika Birləşmiş Ştatlarının Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi barədə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act – FATCA) tələblərinin həyata keçirilməsi barədə Hökumətlərarası Sazişin bağlanması məqbul hesab edilmişdir.

    FATCA-ya əsasən, ABŞ vergi ödəyiciləri hesab olunan şəxslərin xarici hesabları və digər maliyyə aktivləri barədə məlumatları ABŞ vergi bəyannaməsi ilə birlikdə İRS-ə təqdim etməlidir. Banklar da daxil olmaqla, xarici maliyyə institutları isə ABŞ Daxili Gəlirlər İdarəsinə (İRS) onlarda hesab açmış ABŞ vergi ödəyiciləri barədə məlumatları, o cümlədən, onların adları, vergi identifikasiya nömrələri, ünvanları, hesab qalıqları, hesaba daxil olan və hesabdan çıxan ödənişlər barədə məlumatları verməlidirlər.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2014-cü il tarixli 103s nömrəli sərəncamı ilə yaradılmış Komissiya tərəfindən FATCA-nın Azərbaycanda tətbiq edilməsi üçün “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu layihəsi, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu layihəsi və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu layihəsi hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.

    1. Fiziki şəxslər üçün məlumat
    2. Hüquqi şəxslər üçün məlumat
    3. Maliyyə institutları üçün məlumat

    FATCA qeydiyyat

    Azərbaycan Sənaye Bankı ASC Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktının (Foreign Account Tax Compliance Act – FATCA) tələblərinə uyğun olaraq Daxili Gəlirlər İdarəsinin (İRS) elektron səhifəsində – “Qeydiyyatı uyğun hesab edilən maliyyə institutu (o cümlədən Model 1 IGA uyğun olaraq hesabat verən maliyyə institutu) olaraq qeydiyyatdan keçmişdir. Bankın Qlobal Eyniləşdirmə nömrəsi (GİİN number) ZPİZAT.99999.SL.031

    FATCA ilə bağlı ətraflı məlumat

    FATCA ilə əlaqədar olaraq daha ətraflı məlumat almaq üçün ABŞ-ın Daxili Gəlirlər İdarəsinin (İRS) internet səhifəsinə (www.irs.gov/FATCA) və ya Azərbaycan Respublikası Vergilər Nazirliyinin internet səhifəsində FATCA bölməsinə (http://www.taxes.gov.az/modul.php?name=pages&page=151) daxil olmaqla əldə edə bilərsiniz.

  • Audit Komitəsi

    Komitə, bankın fəaliyyətinə nəzarəti və monitorinqi həyata keçirən orqandır və Səhmdarların Ümumi Yığıncağı qarşısında hesabat verir. Bankın audit siyasətini və strategiyasını müəyyən etmək, daxili audit planlarını təsdiq etmək və audit bölməsinin fəaliyyətinə nəzarəti həyata keçirmək, kənar auditin təyin edilməsi ilə əlaqədar, Müşahidə Şurasına təkliflər vermək və s. Komitənin əsas vəzifə və səlahiyyətləridir.

    Sevindik Elman oğlu Mehraclı – sədr
    Namət Zülal oğlu Zamanov – üzv
    Qalib Zakir oğlu Rəhimov – üzv

    Komitənin sədri – Sevindik Mehraclı

    Telefon : +99412 493 49 49
    E-Poçt : info@asb.az

    Komitənin üzvü – Namət Zamanov
    Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsindən məzun olmuş, Azərbaycan Respublikasında bir sıra dövlət təşkilatları, nazirlik və komitələrdə hüquq sahəsində müxtəlif vəzifələrdə çalışmış, Səhmdarların Ümumi Yığıncağının qərarı ilə, “Azərbaycan Sənaye Bankı” ASC–nin Audit komitəsinin üzvü təyin edilmişdir.

    Telefon : +994502200918, +994125670260
    E-Poçt : namet.zamanov@azersun.com

    Komitənin üzvü – Qalib Rəhimov
    Türkiyə Respiblikasında Anadolu Universitetinin maliyyə kredit ixtisası üzrə məzunu olmuş, Türkiyə və Azəbaycanda, bir sıra təşkilatlarda, maliyyə sahəsində müxtəlif vəzifələrdə işləmişdir. Səhmdarların Ümumi Yığıncağının qərarı ilə, “Azərbaycan Sənaye Bankı” ASC–nin Audit komitəsinin üzvü təyin edilmişdir.

    Telefon : +99412 496 68 85 – 147
    E-Poçt : qalib.rehimov@sungroup.az

  • Səhmdarlar

    Capture11

    “Anadolu İnvestment Kompani” MMC
    12.02.2003 tarixində dövlət qeydiyyatından keçmişdir. Daha əvvəl “Anadolu Kənd Təsərrüfatı” MMC olaraq adlandırılmışdır. “Anadolu İnvestment Kompani” MMC Kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, idxalı və ixracı, inşaat işlərinin həyata keçirilməsi (mühəndis axtarış, layihə, tikinti-quraşdırma və buraxılış, sazlaşma işləri), nəqliyyat xidmətlərinin göstərilməsi üzrə fəaliyyət agöstərir.
    “Azərbaycan Sənaye Sığorta” ASC
    17.12.1996 tarixində təsis edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarəti İdarəsində qeydiyyata alınmışdır. Daha əvvəl “CI Sığorta” MMC olaraq adlandırılmışdır. “Azərbaycan Sənaye Sığorta” ASC kasko sığortası, əmlak sığortası, könüllü tibbi sığorta, yük sığortası, inşaat sığortası, fərdi qəza sığortası, maliyyə risklərinin sığortası, işəgötürənin məsuliyyət sığortası xidmətlərini göstərir.
    “Azərbaycan Sənaye Lizinq” MMC
    15.05.2007 tarixində dövlət qeydiyyatından keçmişdir. “Azərbaycan Sənaye Lizinq” MMC Biznes məqsədilə daşınmaz əmlak, istehsalat avadanlıqları, tibbi avadanlıq, nəqliyyat vasitələri, tikinti texnikası xidmətlərini göstərir.

  • Müxbir banklar

    Valyutaların bütün növlərində Müştərilərə yüksək keyfiyyətli hesablaşmalar xidməti göstərmək üçün ASB müxbir hesablar şəbəkəsinin genişləndirilməsi sahəsində daim iş aparır.

    ASB-nin xarici müxbir banklar şəbəkəsinin strukturu beynəlxalq hesablaşmaların bütün növlərini həyata keçirməyə imkan verir. ASB-nin dünyanın 6 ölkəsinin aparıcı 11 bankı ilə birbaşa müxbir münasibətləri vardır. ASB-nin əsas klirinq müxbir banklarının siyahısı aşağıda təqdim olunub.

    Valyuta Müxbir bank SWIFT/BIC Hesab No
    EUR Commerzbank AG, Frankfurt am Main COBA DE FF 400 886 698 000 EUR
    EUR Raiffeisen Bank International AG,Vienna RZBA AT WW AT183100000055066906
    GBP Raiffeisen Bank International AG,Vienna RZBA AT WW 83-55.066.906/GBP
    RUB Sberbank of Russia,Moscow SABR RU MM 30111810600000000710
    TRY Türkiye Vakiflar Bankasi TAO,Istanbul TVBA TR 2A TR960001500158007297362825
    USD Raiffeisen Bank International AG,Vienna RZBA AT WW 070-55.066.906 USD

     

     

  • Rekvizitlər

    • Tam adı: “Azərbaycan Sənaye Bankı” Açıq Səhmdar Cəmiyyəti
    • Qısaldılmış adı: “ASB”
    • Ünvan: Azərbaycan, AZ1005, Bakı, Zərifə Əliyeva küç., 3
    • SWIFT BIC: CAPNAZ22
    • Telefon: (+994 12) 493 14 16
    • Faks: (+994 12) 493 84 50
    • Web-site: www.asb.az
    • E-mail: info@asb.az

     

    Pul köcürmələri üçün:

    AZN

    • Müxbir hesab No:
      AZ12NABZ01350100000000016944 (Azips)
      AZ56NABZ01350100000003016944 (Xohks)
    • AR Mərkəzi Bankı, Bakı
    • SWIFT: NABZAZ2C
    • VÖEN: 9900007981
    • Baş Ofisin Kodu: 509664
    • İmişli Filialınin kodu: 504711
    • Dərnəgül Filialının kodu: 504722
    • Gəncə Filialının kodu: 502315
    • Park Bulvar Filialının kodu: 503091
    • Sumqayıt Filialının kodu: 503701
    • Gözəl Ofis Filialının kodu: 510954

     

    USD

    • RAIFFEISEN BANK INTERNATIONAL AG, VIENNA
    • SWIFT: RZBAATWW
    • Onların aracı müxbir bankı: STANDARD CHARTERED BANK, NEW YORK
    • SWIFT: SCBLUS33

     

    EUR

    • RAIFFEISEN BANK INTERNATIONAL, VIENNA
    • SWIFT: RZBAATWW

     

    RUR

    • Müxbir hesab No: 30111810600000000710
    • Публичное акционерное общество «Сбербанк России» (ПАО Сбербанк)
    • SWIFT: SABRRUMM
    • БИК: 044525225
    • КПП: 775001001
    • ИНН: 7707083893
    • o Кор. счет 30101810400000000225 в Главном управлении Центрального банка Российской Федерации по Центральному федеральному округу г. Москва (ГУ Банка России по ЦФО)

     

    GBP

    • RAIFFEISEN BANK INTERNATIONAL AG, VIENNA
    • SWIFT: RZBAATWW
    • Onların aracı müxbir bankı: HSBC BANK PLC, LONDON
    • SWIFT: MIDLGB22

     

    TRY

    • Türkiye Vakiflar Bankası, Ankara
    • SWIFT: TVBATR2A